Avropa Gənclər Fondu Azərbaycandan 150-yə yaxın gənclər təşkilatının təqdim etdiyi layihəni dəstəkləyib

Avropa Gənclər Fondu Azərbaycandan 150-yə yaxın gənclər təşkilatının təqdim etdiyi layihəni dəstəkləyib
# 14 may 2013 09:31 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Avropa Gənclər Fondu bu günə qədər təxminən 150-yə yaxın Azərbaycan gənclər təşkilatının təqdim etdiyi layihəni dəstəkləyib”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

O bildirib ki, indiyə qədər Avropa Gənclər Fondunun layihələrindən 300 minə yaxın azərbaycanlı gənc bəhrələnib: “Artıq uzun müddətdir Azərbaycan gənclər təşkilatları Avropa Gənclər Fondu ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində Avropa Gənclər Fondu Azərbaycan təşkilatlarının layihələrini dəstəkləyir”.

İ.Babayev Azərbaycan dövlətinin gənclər siyasəti, bu istiqamətdə fəaliyyət göstərən təşkilatlara göstərilən diqqət və qayğının günü-gündən artdığını da qeyd edib: “Dövlət hər il gənclərlə bağlı həyata keçirilən layihələrin sayı artmaqdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR