ARDNŞ azot gübrəsi-karbamid zavodunun inşası ilə əlaqədar elan etdiyi tenderin müddətini uzadıb

ARDNŞ azot gübrəsi-karbamid zavodunun inşası ilə əlaqədar elan etdiyi tenderin müddətini uzadıb
# 12 may 2014 13:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) azot gübrəsi-karbamid zavodunun inşası ilə əlaqədar elan etdiyi tenderin müddətini uzadıb

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, Neft Şirkəti tərəfindən, Sumqayıt şəhərində azot gübrəsi-karbamid zavodunun inşası ilə əlaqədar “layihənin idarə edilməsi və müstəqil təftiş xidmətləri”nin satın alınması məqsədilə “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirilən açıq tenderin müddəti Tender Komissiyasının qərarı ilə bu ilin mayın 30-dək uzadılıb.

Tender müddətinin uzadılmasına səbəb, əksər potensial iddiaçı şirkətlər tərəfindən daha rəqabətli təkliflər təqdim edilməsi üçün əlavə zamana ehtiyac olması ilə əlaqədar rəsmi müraciətlər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR