Özünü yandıraraq dünyasını dəyişən Qarabağ əlili Zaur Həsənov torpağa tapşırılıb - FOTOSESSİYA - VİDEO

Özünü yandıraraq dünyasını dəyişən Qarabağ əlili Zaur Həsənov torpağa tapşırılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 dekabr 2013 12:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Özünü yandıraraq dünyasını dəyişən Qarabağ müharibəsi əlili Zaur Həsənov torpağa tapşırılıb.

APA-nın xəbərinə görə, mərhum Şıx qəbiristanlığında dəfn edilib.

Mərasimdə Qarabağ müharibəsinin iştirakçıları, əlillər, mərhumun yaxınları, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, media nümayəndələri iştirak ediblər.

Məlumata görə, yas mərasimində mərhum Zaur Həsənovun dayısının vəziyyəti qəflətən pisləşib və o, vəfat edib.

Qeyd edək ki, dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ əlili Zaur Həsənov ötən axşam müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxananın Yanıq mərkəzində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR