Tərtərdə narkotik alverçisi saxlanılıb - VİDEO

Tərtərdə narkotik alverçisi saxlanılıb - <span style="color: red;">VİDEO
# 21 iyun 2014 09:28 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxsi yaxalayıblar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarov kənd sakini Kamal Əkbərovun evinin zirzəmisində və həyətində ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

K.Əkbərov saxlanılıb.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR