Ağ Ev ABŞ kəşfiyyatının Suriyadakı kimyəvi silaha dair hesabatını bu həftə dərc edəcək

Ağ Ev ABŞ kəşfiyyatının Suriyadakı kimyəvi silaha dair hesabatını bu həftə dərc edəcək
# 27 avqust 2013 21:26 (UTC +04:00)

Bakı-APA. Ağ Ev ABŞ kəşfiyyatının Suriyada istifadə edilən kimyəvi silahla bağlı hesabatını bu həftə dərc edəcək. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bəyan edib.

O qeyd edib ki, prezident Barak Obama ABŞ-ın Suriyada kimyəvi silah istifadəsinə atacağı cavab addımı ilə bağlı hələlik qərar verməyib.

“Prezidentin deməyə sözü olduqda o müvafiq bəyanatla çıxış edəcək”, deyə Karni bildirib.

Qeyd edək ki, avqustun 21-də bir sıra KİV-lər hökumət qüvvələrinin Dəməşq ətrafında kimyəvi silahdan istifadə etməsi barədə məlumatlar yayıb. İlkin məlumatlara görə, 600-dən çox insan kimyəvi silahın qurbanı olub. Suriya müxalifətinin milli koalisiyası isə 1300 nəfərin öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir. Məhz bu hadisədən sonra Suriyaya hərbi müdaxilə məsələsi Qərbdə gündəmə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR