FHN Bakı-Şamaxı yolunda baş verən yol qəzası barədə məlumat açıqlayıb

FHN Bakı-Şamaxı yolunda baş verən yol qəzası barədə məlumat açıqlayıb
# 12 iyun 2013 14:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu ərazisində, Təzəkənd qəsəbəsində, Bakı-Şamaxı yolunun 34-cü kilometrliyində “Toyota” markalı minik avtomobili və “SHACMAN” markalı yük avtomobili toqquşub. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1979-cu il təvəllüdlü İsmayıl Bəhyəddin oğlu Quliyev və 2 nəfər sərnişini hadisə yerində ölüblər. Xilasedicilər müvafiq qaydada cəsədləri deformasiyaya uğrayan avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Sonda ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 15:16-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR