BMT: “Ukraynada qaçqınların sayı 34 minə çatıb”

BMT: “Ukraynada qaçqınların sayı 34 minə çatıb”
# 16 iyun 2014 21:06 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin humanitar yardım üzrə əlaqələndiricisi Valeri Eymos bəyan edib.

Onun sözlərinə görə, BMT-nin qaçqınlar üzrə agentliyində 19 min qaçqın barədə məlumat var. Daha 15 min nəfər BMT-nin bilavasitə müşahidə etmədiyi bölgələrdən qaçqın düşüb.

2014-cü ilin mayında BMT Ukraynada 10 minə yaxın qaçqının olduğunu bildirmişdi. O vaxt söhbət, ilk növbədə, Krım tatarlarından gedirdi.

Hazırda isə Ukraynanın Donetsk və Luqansk vilayətlərində əhali atəşə tutulma və ərzaq çatışmamazlığı ilə üz-üzə qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR