Tailandda avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb - VİDEO

Tailandda avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb - <span style="color: red;">VİDEO
# 27 dekabr 2013 04:51 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Tailandın nəqliyyat naziri Çadçart Sittxipat bildirib. Bundan əvvəl baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində 29 nəfərin öldüyü bildirilirdi.

Nəqliyyat Nazirliyinin məlumatına əsasən, avtobusda 40 sərnişin olub. Nəqliyyat vasitəsi yol kənarındakı çəpərə çırpılaraq 50 metr hündürlükdən dərəyə yuvarlanıb. İlkin versiyaya görə, qəza sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Hadisə şahidləri avtobusun yüksək sürətlə hərəkət etdiyini bildiriblər.

Polis sərnişinlər arasında əcnəbilərin olması barədə hələlik heç bir şərh vermir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR