Gürcüstan Patrul Polis Departamentinin direktor müavini: “Bizə patrul sistemində işləmək üçün azərbaycanlı gənclər lazımdır”

Gürcüstan Patrul Polis Departamentinin direktor müavini: “Bizə patrul sistemində işləmək üçün azərbaycanlı gənclər lazımdır”
# 20 may 2013 09:20 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Bu gün Azərbaycanla sərhəddəki gömrük-buraxılış məntəqələrində heç bir problem yoxdur. Bəzən mövsümlə əlaqədar kiçik problemlər olur və biz bunu tez həll edirik”. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Patrul Polis Departamentinin direktor müavini Levan Maçavariani bildirib.

Onun sözlərinə görə, bəzən iki ölkə arasında gediş-gəlişdə əlaqədar növbələr yaranır: “Mövsümlə əlaqədar Gürcüstan və Azərbaycan vətəndaşlarının hər iki ölkəyə axını başlayır. Bizim gömrük məntəqələrimizin bu məsələni tənzimləməyə imkanlarımız var. Sözsüz ki, insan axını çox olanda növbələr olur və biz bu məsələni tez həll etməyə cəhd edirik”.

L.Maçavariani patrul polisində azərbaycanlıların da çalışdığını bildirib: “Bu bölgələrdə neçə patrul polis əməkdaşının çalışdığını deyə bilmərəm. Bizə patrul sistemində azərbaycanlı gənclər lazımdır. Bu işimizi asanlaşdırır. Biz işə qəbul etmək üçün test üsulundan istifadə edir, sonra qəbul olunan gəncləri 5 ay müddətinə Polis Akademiyasında təşkil olunan kurslara göndəririk. Bu seçimdə, əlbəttə, gürcü dilini bilmək başlıca şərtdir, çünki sənədlərin tərtibi gürcü dilində aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR