Azərbaycanda “Şairlər günü” keçiriləcək

Azərbaycanda “Şairlər günü” keçiriləcək
# 27 may 2013 10:06 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Azərbaycanda 5 iyun - “Şairlər günü” keçiriləcək. Azərbaycan Gənc Şairlər Birliyindən APA-ya verilən məlumata görə, builki əlamətdar tarix çərçivəsində Bakıda beynəlxalq konfrans keçiriləcək. Konfransda türkdilli ölkələr və MDB dövlətlərindən olan şair və ədəbiyyatçılar iştirak edəcək.

Birliyin sədri Xəyal Rza APA-ya bildirib ki, mərasimə Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Rusiya və digər ölkələrdən qonaqlar dəvət olunub: “Azərbaycan şeirinin öncüllərindən olan şair Mikayıl Müşfiqin doğum günü ilə “Şairlər günü“nün üst-üstə düşməsi təsadüfi deyil.

Bu, həm bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndəsinə olan hörmətin təzahürüdür. Odur ki, tədbirin təşkilatçısı olaraq, tədbirin sonunda şairlərə Müşfiqin adını daşıyan mükafat verəcəyik”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR