Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib - VİDEO

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2013 10:53 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov – APA. Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosunun verilən məlumatına görə, hadisə dünən axşam 21.00 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini, 1961-ci il təvəllüdlü Məhərrəmov Həmid Həmzə oğlu münaqişə zəminində həmyerlisi, 1962-ci il təvəllüdlü Babayev Valeh Heydər oğluna bıçaqla xəsarət yetirib. Yaralı təcili olaraq, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, boyun nahiyəsindən bir bıçaq xəsarəti almış V. Babayevə ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib. Cinayəti törədən H. Məhərrəmov isə polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR