Azad Rəhimov Əhməd Əlhəndavi ilə görüşüb - FOTO

Azad Rəhimov Əhməd Əlhəndavi ilə görüşüb - <span style="color: red;">FOTO
# 21 oktyabr 2013 13:26 (UTC +04:00)

Bakı-APA. Bu gün gənclər və idman naziri Azad Rəhimov BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununu çərçivəsində Bakıda rəsmi səfərdə olan BMT-nin baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavini qəbul edib. Nazirlikdən APA-ya verilən məlumata görə, Azad Rəhimov qonağa gənclər və idman sahəsində görülən işlər haqda qısaca məlumat verib: “Hazırda bizim üçün ən önəmli addım Azərbaycan adını dünya xəritəsində ön sıralara çəkməkdir. Bu gün ölkəmiz gənclər, eləcə də idman sahəsində beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bu il biz Beynəlxalq İdman Jurnalsitləri Assosiasiyasının tədbirini Azərbaycanda gerçəkləşdirdik. Bununla yanaşı bu gün ölkəmizdə təşkil olunan ”Simulasiya oyunu” çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edən 45 gəncin tədbirə qatılması Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə yüksək şəkildə ev sahibliyi etməsinə bariz nümunədir”.

Daha sonra A.Rəhimov gənclər sahəsində həyata keçirilən bir sıra layihələr, gənclər təşkilatlarına verilən qrantların sayının durmadan artması, ölkəmizdə fəaliyyət göstərən gənclər evləri barədə məlumat verib. Eyni zamanda nazir, Azərbaycanın çox yüksək səviyyədə “2015 Avropa Olimpiya oyunları” na hazırlığı, Azərbaycan idmançılarının son ildə olimpiya və qeyri olimpiya idman növləri üzrə 700 medal qazandığını və digər məlumatları qonağın diqqətinə çatdırıb.

Əhməd Əhləndavi yüksək səviyyədə təşkil olunan tədbir üçün Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirib. Daha sonra qonaq Azərbaycan Respublikası Gənclərinin Milli Şurası, “İrəli” gənclər təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları ilə olan görüşü haqqında məlumat verib.

Görüşün sonunda Əhməd Əhləndavi növbəti illərdə də Azərbaycanda bu səpkili tədbirlərin keçirilməsi istiqamətində yeni addımlar atılmasının önəmindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR