Bakıda 6 avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Bakıda 6 avtomobil toqquşub, bir nəfər xəsarət alıb
# 28 iyun 2014 09:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda daha bir zəncirvari yol qəzası baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Heydər Əliyev Beynəlxalq Aeroportundan metronun “Koroğlu” stansiyası istiqamətində gələn yolda qeydə alınıb.

“Niva” markalı 2 avtomobil, “Mercedes” markalı 3 avtomobil və “Toyota” markalı avtomobillər toqquşub.

Qəza zamanı “Niva” markalı avtomobillərdən birində olan sərnişin yüngül bədən xəsarətləri alaraq, Klinik Tibbi Mərkəzə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR