RSXM-də Gənc alim və mütəxəssislər Şurası yaradılıb

RSXM-də Gənc alim və mütəxəssislər Şurası yaradılıb
# 07 noyabr 2013 12:06 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Gənc alim və mütəxəssislər Şurasının yaradılması ilə bağlı təsis iclası keçirilib.

RSXM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan mərkəzin baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli mərkəzin yaranması və inkişaf mərhələləri barəsində ətraflı məlumat verib.

Azərbaycanda zəlzələlərin öyrənilməsi tarixi barədə danışan baş direktor ötən il Azərbaycanda instrumental seysmoloji tədqiqatların aparılmasının 110 illiyinin qeyd edildiyini xatırladıb. Baş direktor onu da bildirib ki bu il mərkəz tərəfindən quraşdırılan 4 telemetrik stansiya artıq fəaliyyətə başlayıb və bununla da RSXM-in telemetrik seysmik stansiyalarının sayı 35-ə çatıb.Qeyd olunub ki, bundan başqa respublika ərazisində 22 GPS stansiya quraşdırılıb. edir.

Daha sonra RSXM-in Gənc alim və mütəxəssislər Şurasına namizədlərin seçkisi keçirilib. Açıq səsvermə nəticəsində 11 nəfər Şura üzvü seçilib.

İclasın ikinci hissəsində RSXM-in Gənc alim və mütəxəssislər Şurasının üzvləri öz aralarından Şura sədri, katib və Şuranın AMEA Gənc alim və mütəxəssislər Şurasına namizədlərini seçib. Səsvermə nəticəsində proqramlaşdırıcı-mühəndis Vüqar Fərəcəv RSXM-in Gənc alim və mütəxəssislər şurasının sədri, Cəmilə Məmmədova isə katibi seçilib. RSXM Gənc alim və mütəxəssislər Şurası tərəfindən AMEA Gənc alim və mütəxəssislər Şurasına 3 nəfər namizəd irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR