Azərbaycanda yeni Miqrasiya Məcəlləsi avqustun 1-dən qüvvəyə minəcək

Azərbaycanda yeni Miqrasiya Məcəlləsi avqustun 1-dən qüvvəyə minəcək
# 02 iyul 2013 10:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında “Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumata görə, layihə barədə Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O qeyd edib ki, layihə yeni hazırlanmış Miqrasiya Məcəlləsi barədədir və texniki xarakter daşıyır. Onun sözlərinə görə, yeni qəbul olunmuş Miqrasiya Məcəlləsinin bu il avqustun 1-dən qüvvəyə minməsi təklif olunur.

Müzakirəyə çıxarılan layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR