Nazir müavini: “Qarşıdakı onillikdə Azərbaycanda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tutulur”

Nazir müavini: “Qarşıdakı onillikdə Azərbaycanda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tutulur”
# 07 may 2014 14:20 (UTC +04:00)

“Hazırda Avropa Birliyinin bəzi üzv dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən çoxdur”

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanın ən zəngin təbii ehtiyatlara malik olması sənaye potensialından maksimum faydalanmağa zəmin yaradır”.

APA-nın xəbərinə görə, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə qeyd olunub. Nazir müavini bildirib ki, Gəncə-Daşkəsən zonasında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin, texnoparkların yaradılmasına əlverişli şərait yaradıb. Onun sözlərinə görə, Sumqayıt Texnoparkının fəaliyyət göstərməsi, gələcəkdə Mingəçevir Texnoparkının yaradılması sənayenin inkişafına öz təsirini göstərəcək: “Ümumiyyətlə, qarşıdakı onillikdə Azərbaycanda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tutulur. Hazırda Avropa Birliyinin bəzi üzv dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən çoxdur. 2013-cü ilin dekabr ayında Bakıda imzalanmış “Şahdəniz-2”, TANAP, TAP layihələri vasitəsilə ölkənin malik olduğu qaz potensialı maksimum dərəcədə realizə ediləcək və Azərbaycan iqtisadiyyatına ilkin olaraq 45 milyard dollar investisiya qoyulacaq”.

N. Quliyev qeyd edib ki, Azərbaycanda iri sənaye komplekslərinin yaradılması istiqamətində də tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında sərəncam imzaladığını xatırladan nazir müavini bu məqsədlə 2015-2020-ci illər üçün Dövlət Proqramının hazırlanmasının da nəzərdə tutulduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR