“Azərbaycan Dəmir Yolları” Müsüslü-Bərgüşad istiqamətində təmir işlərinə başlayıb - FOTO

“Azərbaycan Dəmir Yolları” Müsüslü-Bərgüşad istiqamətində təmir işlərinə başlayıb - <span style="color: red;">FOTO
# 13 avqust 2013 06:37 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Müsüslü-Bərgüşad mənzilində 12 km yolun əsaslı təmirinə başlanılıb. Səhər tezdən start götürən təmir işləri ayın sonunadək davam edəcək. Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyov bildirib ki, “Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci ilin iyun ayının 10-dan Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib: “Bu günə kimi 263,7 km yol əsaslı təmir olunub, bunun da 191 km-nin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb”.

Qeyd edək ki, infrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın “ExIm” bankının nəzarət qrupu müşahidə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR