Dubayda 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Dubayda 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub
# 28 may 2013 11:09 (UTC +04:00)

Konsulluqdan APA-ya verilən məlumata görə, Zubayın məşhur “Jumeirah Beach” mehmanxanasında keçirilmiş təntənəli mərasimdə Dubay Əmirliyinin dövlət və qeyri-hökumət təşkilatlarının rəsmiləri, Dubayda akkreditə olunmuş baş konsullar, AR-in Əbu Dabidəki səfirliyinin əməkdaşları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Hava Yolları Cəmiyyətinin regional ofislərinin təmsilçiləri, BƏƏ-də fəaliyyət göstərən azərbaycanlı və yerli iş adamları, mətbuat və ictimaiyyət nümayəndələri və diaspor üzvləri iştirak ediblər.

Tədbirdə Dubay Əmirliyini fəxri qonaq qismində Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Naziri Əbdürrəhman Məhəmməd əl-Uveys təmsil edib.

Tədbiri giriş nitqi ilə Baş Konsul Pərviz İsmayılzadə açaraq, 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk demokratik respublika olduğunu bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu bildirən P.İsmayılzadə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə bir sıra nailiyyətlər əldə olunduğunu, qadınlara seçki hüququ verildiyini, Azərbaycan dilinin dövlət dili elan edildiyini, universitet təsis olunduğunu, nizami milli ordu və təhlükəsizlik strukturlarının qurulduğunu diqqətə çatdırıb.

Tədbir zamanı Azərbaycanda bütün sahələrdə aparılan islahatlardan, əldə olunmuş nailiyyətlərdən bəhs edən “Azerbaijan: Land of future” sənədli filmi nümayiş etdirilib, ölkəmiz haqqında müxtəlif buklet və broşürlərdən ibarət çantalar qonaqlara hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR