ARNDŞ Rumıniyadakı yanacaq doldurma məntəqələrinin sayı 28-ə çatdırıb

ARNDŞ Rumıniyadakı yanacaq doldurma məntəqələrinin sayı 28-ə çatdırıb
# 29 may 2014 13:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Rumıniyanın şimali-şərq regionunda, Moldova ilə sərhəddə yerləşən İaşi şəhərində “SOCAR” brendi altında fəaliyyət göstərən sayca ikinci yanacaq doldurma (YDM) məntəqəsi istifadəyə verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, geniş ərazini əhatə edən YDM-də “Benzin 95” və “Dizel Euro 5” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə quraşdırılmış 2 sayğac 4 kiçik avtonəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin olunmasına şərait yaradır.

Bununla da Rumıniyada əhaliyə ARDNŞ brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 28-ə çatıb.

Qeyd edək ki, hazırda “SOCAR” Rumıniyanın 11 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov və Klujda yanacaq doldurma məntəqələrinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR