Lənkəranın daha iki kəndinə təbii qaz verilib - FOTO

Lənkəranın daha iki kəndinə təbii qaz verilib  - <span style="color: red;">FOTO
# 17 sentyabr 2013 21:22 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Sentyabrın 17-də Lənkəran rayonunun daha iki yaşayış məntəqəsinə – Bəlləbur və Mamusta kəndlərinə təbii qazın verilişi bərpa olunub. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə hər iki kənddə təntənəli tədbir keçirilib. Tədbirlərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) rəsmiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ictimaiyyəti iştirak ediblər.

Bəlləbur və Mamusta kəndlərində keçirilən tədbirlərdə çıxış edənlər kənd sakinlərinin 21 illik fasilədən sonra ilk dəfə bu yaşayış məntəqələrinə təbii qazın verilməsindən keçirdikləri sevinc hisslərini ifadə edərək, bütün kənd sakinləri adından ölkə, rayon rəhbərliyinə və “Azəriqaz” İstehsalat Birliyinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, “Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəis müavini Kamran Cəfərov çıxış edərək mavi yanacağın evlərə bərəkət və sevinc gətirməsini arzulayıblar.

Çıxışlardan sonra kəndlərə təbii qazın verilməsini bildirən məşəllər alovlandırılıb.

Qeyd edək ki, Bəlləbur və Mamusta kəndlərinə ümumilikdə 48791 metr uzunluğunda polad borular çəkilməklə, 1144 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR