Təhsil Nazirliyi: Bir sıra hallarda məktəblərə saxta, dövlət nümunəli olmayan təhsil sənədləri ilə müəllimlər qəbul edilir

Təhsil Nazirliyi: Bir sıra hallarda məktəblərə saxta, dövlət nümunəli olmayan təhsil sənədləri ilə müəllimlər qəbul edilir
# 07 oktyabr 2013 15:00 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, belə bir mexanizmin tətbiqinin zəruriliyi bir sıra amillərlə bağlıdır: “Təhlillər göstərirdi ki, ehtiyac olmadan məktəblərə az dərs saatlarına, bir sıra hallarda isə saxta, dövlət nümunəli olmayan təhsil sənədləri ilə müəllimlər qəbul edilir və bu zaman onların peşəkarlıq səviyyəsi yoxlanılmır. Bu da təhsilin keyfiyyətinə mənfi təsir edirdi. Digər səbəb ondan ibarətdir ki, bir vakant yerə yüzlərlə müəllim iddia edir və seçim aparmaq üçün mərkəzləşdirilmiş imtahan mexanizmi tətbiq edilir”.

Bildirilib ki, hər il Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri təhlil olunur və ali məktəblərlə birgə müzakirə edilir. Lakin qeyd edilən monitorinqlər Təhsil Nazirliyi tərəfindən deyil, universitetlər tərəfindən aparılmalı və nəticələri kadr hazırlığı prosesində nəzərə alınmalıdır.

Qeyd olunub ki, hazırda ölkənin ümumtəhsil məktəblərində 150 358 nəfər müəllim işləyir ki, onlardan 31 000 nəfəri Bakı şəhərinin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR