Heydər Əliyev Beynəlxalq Aeroportu parada hazırlıqla əlaqədar bir neçə aviareysi qəbul etməyib

Heydər Əliyev Beynəlxalq Aeroportu parada hazırlıqla əlaqədar bir neçə aviareysi qəbul etməyib
# 24 iyun 2013 18:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi ilə əlaqədar keçiriləcək hərbi parada hazırlıq məşqlərinin keçirilməsi zamanı bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu bir sıra aviareysi qəbul edə bilməyib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, təyyarələr Gəncə Beynəlxalq Hava Limanına eniş edib.

Gəncə Beynəlxalq Hava Limanının direktoru Bəylər Nəcəfovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, Milan-Bakı, Amsterdam-Bakı və Mineralnıye vodı-Bakı aviareyslərinin təyyarələri Gəncədə qəbul edilib və bir neçə saatdan sonra paytaxta yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR