Lənkəranda “Gəlin mühəndis olaq!” layihəsinin təqdimatı olub - FOTOSESSİYA

Lənkəranda “Gəlin mühəndis olaq!” layihəsinin təqdimatı olub - <span style="color: red;">FOTOSESSİYA
# 30 noyabr 2013 16:27 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Noyabrın 30-da Lənkəran rayonundakı “Palmalife” hotelində “Gəlin mühəndis olaq!” layihəsinin təqdimatı keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənc mühəndislərin inkişafı” İctimai Birliyinin, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran Özəl Türk Liseyinin və rayonun orta ümumtəhsil məktəblərinin 9, 10 və 11-ci siniflərində təhsil alan istedadlı uşaqlardan 45 nəfəri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Gənc mühəndislərin inkişafı” İctimai Birliyinin sədri Polad Rüstəmov layihə barədə məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanda mühəndisliyin inkişafına və gələcək perspektivlərinə dəstək vermək, şagirdlərlə təcrübəli mühəndislər arasında mühəndisliyə dair fikir mübadiləsi aparmaq, analitik düşüncə qabiliyyəti yüksək olan orta məktəb şagirdləri arasında mühəndisliyə marağı olan gəncləri aşkar edib üzə çıxarmaq, orta məktəb şagirdlərinə gələcəkdə düzgün ixtisas seçimində tövsiyələr verməkdən ibarətdir. Layihə çərçivəsində respublikanın 5 regionunda - Gəncə, Şəki, Şirvan, Lənkəran və Quba şəhərlərində tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsal Nəsirli, rayon təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırov, gənclər və idman idarəsinin baş məsləhətçisi Əli Nurullayev “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın icrası istiqamətində Lənkəran rayonunda görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən söz açaraq, şagirdlərin peşə seçimində bu layihəsnin rolunu yüksək dəyərləndiriblər.

Daha sonra məktəblilərin intellektual qabiliyyətlərini aşkar etmək məqsədilə kiçik sosial-psixoloji sınaqlar, təcrübəli mühəndislərin iştirakı ilə mühəndisliyin təbliği mövzusunda seminarlar keçirilib.

Tədbirdə şagirdlər arasında təşkil olunmuş simulyasiya oyunları vasitəsilə onlarda mühəndisliyə maraq yaradılıb. Sınaq nəticələri müzakirə edilərək şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verilib.

Sonda layihənin bütün iştirakçılarına sertifikatlar, qaliblərə isə hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR