Azərbaycan çempionatında ən çox cəzalanan komanda bəlli olub

Azərbaycan çempionatında ən çox cəzalanan komanda bəlli olub
# 26 dekabr 2013 12:25 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının ilk yarısında qapılara 22 penalti təyin olunub. Apasport.az saytının məlumatına görə, bu zərbələrdən 17-si qolla nəticələnib. Bu isə o deməkdir ki, 11 metrlik zərbələrdə 77 faiz dəqiqlik qeydə alınıb.


Meydan sahibləri 15, qonaqlar 7 belə imkan əldə edib. Qaçırılan penaltilərdən 4-ü birincilərin hesabındadır.

Hakimlər yalnız 7 komandanın lehinə penalti qərarı verib. “Rəvan”, “İnter” və AZAL belə imkan əldə etməyib. Ən çox 11 metrlik nöqtəyə yaxınlaşan isə “Bakı”nın üzvləri olub.

Penalti vuran klublar: “Bakı” – 6 (4-ü dəqiq), “Neftçi” – 4 (4), “Qəbələ” – 4 (4), “Xəzər Lənkəran” – 3 (0), “Sumqayıt” – 2 (2), “Qarabağ” – 2 (2) , “Simurq” – 1 (1)

İlk 18 turun qarşılaşmalarında 11 metrlik zərbə ilə cəzalanmayan klub yoxdur. “İnter” isə hamıdan çox cəzalanıb.

Penalti ilə cəzalanan klublar: “İnter” – 4 (3), “Simurq” – 3 (2), “Xəzər Lənkəran” – 3 (3), “Qəbələ” – 3 (3), AZAL – 2 (1), “Bakı” – 2 (1), “Neftçi” – 2 (2), “Rəvan” – 1 (1), “Qarabağ” – 1 (0), “Sumqayıt” – 1 (1)

Futbolçular arasında rekordçu olan Əfran İsmayılov (Bakı) və Leonardo da Silva (Qəbələ) hərəyə 3 dəfə penalti nöqtəsinə yaxınlaşıb. Onlar bütün imkanları qola çevirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR