Energetika məsələləri üzrə məşhur ekspert Aleksandros Petersen Əfqanıstanda öldürülüb - FOTO

Energetika məsələləri üzrə məşhur ekspert Aleksandros Petersen Əfqanıstanda öldürülüb - <span style="color: red;">FOTO
# 19 yanvar 2014 10:37 (UTC +04:00)

APA-nın məlumatına görə, “AzərTAc” dövlət agentliyi “The New York Times” qəzetinə xəbər verir ki, paytaxt Kabilin mərkəzində yerləşən restorana hücum zamanı qətlə yetirilən 21 nəfər arasında 13 əcnəbi vətəndaş, o cümlədən Azərbaycanın dostu, energetika sahəsində ekspert Aleksandros Petersen də olub.

Hücum “Taliban” terrorçuları tərəfindən ilə təşkil edilib. Onlar restorana daxil olaraq, oradakı insanları güllələyiblər.

A. Petersen Əfqanıstana Kabildəki Amerika Universitetində “Politologiya” fənnindən dərs demək məqsədi ilə gedibmiş.

Vudro Uilson adına elmi-tədqiqat mərkəzinin “Avropanın enerji təhlükəsizliyi təşəbbüsləri” proqramının böyük elmi məsləhətçisi kimi fəaliyyəti müddətində A. Petersen Azərbaycanın Qərb üçün, o cümlədən ABŞ üçün əhəmiyyəti haqqında Amerika ictimaiyyətinin və siyasi dairələrin məlumatlandırılmasında böyük rol oynayıb.

Məşhur ekspert APA-ya da dəfələrlə müsahibə və açıqlamalar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR