Azərbaycanda baş redaktora hökm oxunub

Azərbaycanda baş redaktora hökm oxunub
# 13 noyabr 2013 15:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Xətai Rayon Məhkəməsində “Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Samir İsayevin APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, S. Əlibəyli 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S. Əlibəyli Cinayət Məcəlləsinin 221.3-cü (silah və yaxud silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətmə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR