Aeroport yolunda 3 avtomobil toqquşub, xəsarət alanlar var

Aeroport yolunda 3 avtomobil toqquşub, xəsarət alanlar var
# 20 sentyabr 2013 07:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Aeroport yolunda ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.00 radələrində qeydə alınıb. İki “Mercedes” markalı maşın “BMW” markalı avtomobillə toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar 3 saylı Sabunçu şəhər Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan APA-ya bildirilib ki, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR