Əlyazmalar İnstitutu Qarabağ ədəbi mühitinin görkəmli nümayəndəsi Məhəmməd ağa Müctəhidzadənin əsərlərini əldə edib

Əlyazmalar İnstitutu Qarabağ ədəbi mühitinin görkəmli nümayəndəsi Məhəmməd ağa Müctəhidzadənin əsərlərini əldə edib
# 31 oktyabr 2013 09:14 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. AMEA Əlyazmalar İnstitutu Qarabağ ədəbi mühitinin görkəmli nümayəndəsi, ictimai və din xadimi, 1910-cu ildə İstanbulda çapdan çıxmış «Riyazül-aşiqin» əsərinin müəllifi Məhəmməd ağa Müctəhidzadənin əsərlərinin əlyazmalarını, ona aid fotoları və bəzi sənədləri əldə edib. İnstitutun direktor əvəzi Paşa Əlioğlunun APA-ya verdiyi məlumata görə, materialları M.Müctəhidzadənin oğlu Hafiz Sədrzadə təqdim edib.

P. Əlioğlu qeyd edib ki, əlyazmaların içində şairin Azərbaycan və fars dilində şeirləri, 1918-ci ildə bolşevik-ermənilərin təcavüzü ilə bağlı Azərbaycanda cərəyan edən hadisələr, Məhəmməd ağanın bir heyətlə Türkiyəyə yardım üçün getməsi barədə xatirələri maraq doğurur: “Bir sənəddən məlum olur ki, Məhəmməd ağa Müctəhidzadə «Xalq xanəndələri və XIX əsr Azərbaycan musiqi alətləri» adlı əsər yazaraq 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən elmi-tədqiqat kabinetinin rəhbəri Bülbülə təhvil verib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR