Ağstafa sakini qonşularını silahla hədələyib

Ağstafa sakini qonşularını silahla hədələyib
# 29 dekabr 2013 11:22 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 28-də Ağstafa rayonunun Zəlimxan kənd sakini Firdovsi Cavadov sərxoş halda qonşusu İlqar Əhmədovun evinə gələrək əlində olan ov tüfəngi ilə havaya atəş açıb, onu və ailə üzvlərini öldürəcəyi ilə hədələyib.

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Cavadov saxlanılıb, ondan 1 ədəd ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR