Bakıda beynəlxalq ətraf mühit sərgisi keçiriləcək - FOTO

Bakıda beynəlxalq ətraf mühit sərgisi keçiriləcək - <span style="color: red;">FOTO
# 21 oktyabr 2013 11:41 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Noyabrın 20-22-də Bakıda «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə «Xəzər: Ətraf mühit üçün texnologiyalar» IV beynəlxalq ətraf mühit sərgisi (CTE-2013) keçiriləcək. Bu sərgi Azərbaycan, Almaniya, BƏƏ, İspaniya, İtaliya, Qazaxıstan, Rusiya və Türkiyədən olan şirkətləri bir araya gətirəcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sərgi öz stendi ilə çıxış edən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir. Sərgidə həmçinin Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi də iştirak edəcək.

Məlumata görə, dövlət orqanları da «CTE-2013» sərgisinə xüsusi diqqət ayırır. Belə ki, «Təmiz Şəhər» ASC, «Azərsu» ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Xəzər Dəniz Gəmiçiliyi, Dövlət Aerogeodeziya Müəssisəsi, Bakı Kartoqrafiya Fabriki, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi, Dövlət Yerquruluşu Layihə İnstitutu və digər qurumlar sərgidə fəal iştirak edir. Tədbir çərçivəsində təbii və bərpa olunan ehtiyatların (külək, su və torpaq) səmərəli istifadəsi sahəsində ən son təkmilləşdirmələr təqdim olunacaq və alternativ enerji avadanlıqlarının ən müasir nümunələri nümayiş etdiriləcək.

Aparıcı neft şirkətləri isə Azərbaycanda neft-qaz yataqlarının çoxillik istismarının nəticələrinin aradan qaldırılması üzrə ekoloji layihələrlə çıxış edəcək. Sərgidə ARDNŞ, BP, «Saipem» və digər şirkətlər iştirak edəcək. Bu il sərgidə debüt edən şirkətlər Bakıya torpaq və suyun təmizlənməsi, habelə zəhərli tullantıların idarə olunması üzrə yeni texnologiyalar gətirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR