ADP İdarə Heyəti Sərdar Cəlaloğlunun istefasını qəbul etməyib

ADP İdarə Heyəti Sərdar Cəlaloğlunun istefasını qəbul etməyib
# 14 oktyabr 2013 11:52 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda partiyanın sədri Sərdar Cəlaloğlunun tutduğu vəzifədən istefa verməsi barədə müraciətə baxılıb. İdarə Heyəti S. Cəlaloğlunun istefasını qəbul etməyib və ADP-nin Qurultayının çağırılmasına qərar verib.

Qurum onu da qərara alıb ki, partiyanın hazırkı sədri Sərdar Cəlaloğlu qurultaya qədər vəzifəsində qalacaq. Yaxın günlərdə isə partiyanın Ali Məclisi çağırılsın və qurultayın keçirilməsi üçün Təşkilat Komitəsi yaradılsın. Ali Məclisin keçirilmə vaxtını isə Rəyasət Heyəti müəyyənləşdirəcək.

Qeyd edək ki, ötən həftə - prezident seçkilərindən sonra Sərdar Cəlaloğlu ADP sədri vəzifəsindən istefa verməsi xahişi ilə qurumun İdarə Heyətinə müraciət edib.

O bu addımını seçkidəki və müxalifət düşərgəsindəki uğursuzluqlarla əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR