ABŞ Suriyadakı yüzlərlə hədəfin vurulması planını hazırlayıb

ABŞ Suriyadakı yüzlərlə hədəfin vurulması planını hazırlayıb
# 23 iyul 2013 04:51 (UTC +04:00)

Bakı-APA. ABŞ hərbçiləri zəruri hal üçün Suriya ordusunun obyektlərinə uzaq məsafədən məhdud sayda zərbələr planını hazırlayıblar. Bu barədə ABŞ Silahlı qüvvələri Birləşmiş qərargah rəisləri komitəsinin sədri Martin Dempsi bəyan edib.

"Potensial hədəflərə hava əleyhinə müdafiə qüvvələri, HHQ, quru qoşunları, raket qurğuları, donanma, həmçinin köməkçi hərbi və komanda məntəqələri daxildir. Uzaq məsafədən hava zərbələrindən yüzlərlə hədəfi vurmaq üçün istifadə oluna bilər», deyə Dempsi bildirib.

Onun sözlərinə görə, belə zərbələr üçün yüzlərlə təyyarə, gəmi, sualtı qayıq və digər vasitələr lazı mola bilər, xərclər isə milyardlarla ölçüləcək.

«Effekt rejimin xeyli zəiflədilməsində və fərariliyin artmasında olacaq. Rejim qüvvələrini paylaşdıraraq məhdud zərbələrə tab gətirə bilər. Cavab zərbələri də mümkündür», deyə Dempsi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR