Həsən Ruhani: “Cenevrədə hər kəs öz fikrini təlqin etməyə çalışsa, danışıqlar faydasız və nəticəsiz olacaq”

Həsən Ruhani: “Cenevrədə hər kəs öz fikrini təlqin etməyə çalışsa, danışıqlar faydasız və nəticəsiz olacaq”
# 21 noyabr 2013 07:47 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Cenevrədə İranla “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələrində təhdid dilindən istifadə olunmamalıdır. Çünki bu addım İranı öz nüvə hüququndan güzəştə getməyə məcbur edə bilməz”.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu fikirləri İran prezidenti Həsən Ruhani səsləndirib.

Onun sözlərinə görə, nüvə müzakirələrində təhdid dili ilə danışmaq heç vaxt təsirli olmayacaq: “Çünki İran xalqı həmişə digər qüvvələrin təhdidləri qarşısında dayanıb və möhkəm müqavimət göstərib. Bundan sonra da bu belə olacaq. İranın nüvə məsələsindəki mövqeyi əvvəldən haqq və məntiqə əsaslanıb, rəsmi Tehran müzakirələrdə həmişə özünün xoşməramlığını sübuta yetirib”.

H.Ruhani deyib ki, İran heç bir vəchlə haqlı və milli hüququndan vaz keçməyəcək: “Biz hesab edirik ki, məsələni məntiq və beynəlxalq qanunların icazə verdiyi prinsiplər yolu ilə həll etmək lazımdır. Əgər Cenevrədə hər kəs öz fikrini təlqin etməyi qarşısına məqsəd qoyarsa, onda danışıqların faydasız və nəticəsiz olacağını bilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR