Azərbaycanın ilk şəhərində enerjinin istehsal və istehlakı rejimi avtomatik idarə olunacaq

Azərbaycanın ilk şəhərində enerjinin istehsal və istehlakı rejimi avtomatik idarə olunacaq
# 05 mart 2014 10:50 (UTC +04:00)

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən «APA-Economics»ə verilən məlumata görə, bu layihə Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində alternativ və bərpa olunan enerji mənbələri hesabına alınan enerjinin hesabına həyata keçirilir.

Bu sistem ölkənin regionlarında mövcud alternativ və bərpa olunan enerji mənbələri hesabına enerjinin istehsal-istehlak rejimlərinin avtomatik idarə edilməsinə imkan yaradacaq. Gələcəkdə bütün Qobustan rayonunun elektrik enerjisinə olan ehtiyacının bu stansiya tərəfindən ödənilməsi məqsədi ilə əlavə olaraq 1,2 MVt gücə malik günəş panellərinin quraşdırılması nəzərdə tutulur ki, onun da 0,7 MVt-nın quraşdırılmasına ötən il başlanılıb.

Qeyd edək ki, alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi ilə həyata keçirilən layihələr Kioto Protokolunun Təmiz İnkişaf Mexanizmində nəzərdə tutulmuş karbon emissiyalarının azalmasına cavab verən layihələrdir. Karbon emissiyaları azalmalarının həcminin təyin edilməsi üçün metodikalar mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR