Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mövcud olan vakant yerlərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mövcud olan vakant yerlərin sayı açıqlanıb
# 29 dekabr 2013 14:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mövcud olan vakant yerlərin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, nazirliyin Kadrlar və hüquq şöbəsinin müdiri Qurbanəli Əsədov jurnalistlərə açıqlamasında deyib ki, bu gün nazirlikdə 150-yə yaxın vakant yer mövcuddur.

Onun sözlərinə görə, nazirliyin yerli orqanlarında yaranan bütün vakant yerlərlə bağlı siyahı hazırlanaraq Dövlət Qulluğu Məsələləri Komissiyasına göndəriləcək. O qeyd edib ki, Bakı şəhəri üzrə təxminən 35 vakant vəzifə var, onlardan da 16-na bu gün təyinat olunub, digər 19 vəzifə isə hələ də boşdur: “Nazirliyin aparatında da işlə təmin olunma tədbirləri hələ tap həyata keçirilməyib. Aparat sistemində çox az sayda vakant yer var. Belə ki, Məşğulluq Xidmətində vakant vəzifələr mövcuddur və onlar yüksək vəzifələrdir. Bundan əlavə, bir neçə gün öncə bəzi sektor müdirləri nazirin əmri ilə vəzifələrindən azad olunublar. Bunun da nəticəsində həmin yerlər boş qalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR