Gəncədə qadın özünü bıçaqlayaraq öldürüb

Gəncədə qadın özünü bıçaqlayaraq öldürüb
# 13 iyun 2014 10:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində qeyri-rəsmi nikahda yaşadığı kişi ilə mübahisə edən qadın özünü bıçaqlayaraq öldürüb.

Gəncə Şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Puşkin küçəsində baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü Mayisə Mürsəl qızı Ələkbərova evində qeyri-rəsmi nikahda yaşadığı kişi ilə aralarında yaranan narazılığa görə mətbəx bıçağı ilə döş nahiyəsinə bir zərbə endirib. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 38 yaşlı qadın orada dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR