17 saylı cəzaçəkmə müəssisəsində jurnalist Elman Maliyev də səs verib - FOTO

17 saylı cəzaçəkmə müəssisəsində jurnalist Elman Maliyev də səs verib - <span style="color: red;">FOTO
# 09 oktyabr 2013 09:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıdakı 17 saylı cəzaçəkmə müəssisəsində 14 saylı Xəzər Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində səsvermə keçirilir.

APA-nın xəbərinə görə, məntəqənin sədri Mübariz İsgəndərov jurnalistlərə açıqlamasında bildirib ki, seçici siyahısında 732 nəfərin adı var: “Saat 11.40-a olan məlumata görə, 600 nəfər seçkidə iştirak edib”.

Həbsxanada cəza çəkən jurnalist Elman Maliyev isə seçkilərin şəffaf keçirildiyini, məhkumlara heç bir təzyiq olmadığını bildirib: “Hər kəs müstəqil şəkildə seçkidə iştirak edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR