Azərbaycanda daha bir xəstəxanada böyrək transplantasiyası əməliyyatı aparılıb

Azərbaycanda daha bir xəstəxanada böyrək transplantasiyası əməliyyatı aparılıb
# 14 noyabr 2013 14:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan daha bir xəstəxanada böyrək transplantasiyası əməliyyatı icra olunub. Bu gün Respublika Diaqnostika Mərkəzində böyrək transplantasiyası üzrə ilk əməliyyat həyata keçirilib.

Respublika Diaqnostika Mərkəzindən APA-ya verilən xəbərə görə, noyabrın 13-də xroniki böyrək çatışmazlığının terminal (yekun) mərhələsi diaqnozu ilə 24 yaşlı qız mərkəzə qəbul edilib. Mərkəzin əməkdaşları xəstəni dərhal əməliyyata hazırlayıblar. Donorun mövcudluğu vəziyyəti daha da sadələşdirib. Belə ki, donor xəstənin öz atası olub.

Böyrək transplantasiyasının əməliyyat prosesi 2 mərhələdən ibarət olub. Birincisi donordan böyrəyin alınması, ikincisi isə onun xəstəyə köçürülməsi olub. Hər bir əməliyyat 3 saat davam edib. Ümumilikdə həkimlər əməliyyatın aparılması üçün 6 saat vaxt sərf ediblər. Hazırda xəstədə bərpa prosesi gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR