MDB ölkələrinin vətəndaşları üçün Rusiyada qalma müddəti məhdudlaşdırıla bilər

MDB ölkələrinin vətəndaşları üçün Rusiyada qalma müddəti məhdudlaşdırıla bilər
# 22 oktyabr 2013 21:48 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Konstantin Romodanovski Millətlərarası münasibətlər üzrə Şuranın iclasında çıxışı zamanı qeyd edib ki, belə bir tədbirin tətbiqi ölkə ərazisində qanunsuz olan xarici vətəndaşların sayının azaldılmasına hesablanıb.

Romodanovskinin sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən, xarici vətəndaş 90 günlük müddət bitdikdə ölkəni tərk etməlidir, lakin bundan bir gündən sonra o ölkəyə yenidən 90 günlük müddətə girə bilər.

Xidmət rəhbərinin sözlərinə görə, bu variantdan hər 10-cu əcnəbi istifadə edir. Konstantin Romodanovskinin sözlərinə görə, Rusiya ərazisində daimi 9 milyondan 11,5 milyonadək əcnəbi var, son 11 il ərzində isə 2,5 milyon əcnəbiyə Rusiya vətəndaşlığı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR