Dow Jones indeksi 0,9%, S&P 500 0,9%, Nasdaq 1,1% enib

Dow Jones indeksi 0,9%, S&P 500 0,9%, Nasdaq 1,1% enib
# 04 oktyabr 2013 09:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 14 997 bəndədək, S&P 500 0,9% - 1 679 bəndədək, Nasdaq 1,1% - 3 774 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsi ölkənin federal büdcəsi üzrə siyasi fikir ayrıqları və nəticədə, büdcənin hələ də qəbul edilməməsi fonunda baş verib. Hazırda dövlət qurumlarının fəaliyyətinin maliyyələşdirilməsi dayandırılıb və ehtimallar var ki, bu vəziyyət davam edərsə, ölkəni yeni iqtisadi geriləmə mərhələsi gözləyir.

Avropa fond bazarlarında oktyabrın 3-də FTSE 100 indeksi 0,2% - 6 449 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,4% - 8 598 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 4 128 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 320,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3622 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR