Təhsil Nazirliyi ilə ARDNŞ və “Azərsu” arasında memorandum imzalanıb - FOTOSESSİYA - YENİLƏNİB

Təhsil Nazirliyi ilə ARDNŞ və “Azərsu” arasında memorandum imzalanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 25 oktyabr 2013 09:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və “Azərsu” ASC arasında ilk peşə-ixtisas müəssislərinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib. APA-nın xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə qeyd olunub ki, memorandumun imzalanması Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı sisteminin təkmilləşdirilməsini, işəgötürən təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini təmin etmək məqsədlərinə xidmət edir.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi, ARDNŞ və “Azərsu” arasında imzalanan memorandumun əhəmiyyətindən bəhs edib. Nazirlik tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı müəyyənləşdirilərkən ARDNŞ və “Azərsu” ASC-nin ehtiyaclarının nəzərə alacağını vurğulayan təhsil naziri əməkdaşlıq çərçivəsində müvafiq ixtisaslar üzrə tələb olunan peşə təhsili standartlarının, fənn kurikumlarının birgə hazırlanmasının nəzərdə tutulduğunu bildirib.

M.Cabbarov ilk peşə ixtisas təhsilinin nüfuzunun yüksəldilməsi, yeniyetmələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsinin zəruriliyini bildirib və bu istiqamətdə birgə proqramların hazırlanması, həyata keçirilməsi baxımından qarşıda duran vəzifələr barədə danışıb: “Bu gün ölkənin təhsil sistemində kadr hazırlığı heç də hər zaman bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Peşə məktəblərində tədris daha çox ənənəvi tədris proqramlarından, müəyyən mənada aktuallığını itirmiş mövzulara, praktiki biliklərə əsaslanmaqla həyata keçirilir. Lakin Azərbaycanda peşə təhsilinin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri təhsil alanların əmək bazarı üçün tam yetişdirilməsi, bütün sahələrdə tələbatın ödənilməsi üçün kompitensiyalara malik olan kadrların hazırlanmasıdır”.

ARDNŞ prezidenti Rövnəq Abdullayev ilk peşə təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əmin olduğunu bildirib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkənin əksər yaşayış məntəqələrinin içməli su ilə təmin etmək üçün hazırlanmış layihələrin uğurla həyata keçirildiyini nəzərə çatdırıb. Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın, peşəkar kompitensiyalara malik müvafiq mütəxəssislərin hazırlanması işinə sistemli yanaşmağa imkan verdiyi vurğulayan “Azərsu” sədri, birgə səylərlə qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Sonra Təhsil Nazirliyi ilə ARDNŞ və “Azərsu” ASC arasında ilk peşə-ixtisas müəssislərinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR