“PAŞA Həyat” sığorta şirkəti nizamnamə kapitalını kəskin artırıb

“PAŞA Həyat” sığorta şirkəti nizamnamə kapitalını kəskin artırıb
# 10 aprel 2014 13:23 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA-Economics. “PAŞA Həyat” sığorta şirkəti nizamnamə kapitalını 59,7% artıraraq 40 mln. 250 min manata çatdırıb. “APA-Economics”in məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Şirkətin nizamnamə kapitalının artırılması səhmlərin nominalının konvertasiyası yolu ilə həyata keçirilib. Bir səhmin nominal dəyəri 3,6 min manatdan 5,75 min manatadək artıb.

Şirkətin nizamnamə kapitalı 7 min ədəd səhmə bölünüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR