Aleksandr Turçinov: “Rusiyanın gözlənilən hücumu ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib” - VİDEO

Aleksandr Turçinov: “Rusiyanın gözlənilən hücumu ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib” - <span style="color: red;">VİDEO
# 30 aprel 2014 11:01 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu vilayət dövlət administrasiyalarının rəhbərləri ilə Kiyevdə keçirdiyi müşavirədə Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov deyib.

A. Turçinov Donetskdə vəziyyətə nəzarət edə bilmədiklərini etiraf edib: “Bu gün Donetsk şəhərində hakimiyyət situasiyaya nəzarət edə bilmir. Donetsk vilayətinin bir hissəsində də vəziyyət belədir”.

A. Turçinov Luqansk vilayətində Təhlükəsizlik Xidmətinin, vilayət administrasiyasının və prokurorluğun binalarının ələ keçirildiyini, Daxili İşlər İdarəsinə hücumun isə dəf edildiyini bildirib: “Donetsk vilayətində xüsusilə təhlükəli vəziyyət yaranıb. Slavyansk şəhəri Rusiyanın nəzarətindəki terrorçu və təxribatçı qruplar tərəfindən ələ keçirilib”.

Yerli güc strukturlarının Donetsk və Luqanskda vəziyyəti nəzarət altına almağa qadir olmadıqlarını söyləyən müvəqqəti prezident qeyd edib ki, təxribatçı qruplar may bayramları zamanı Xarkov, Odessa, Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərində də vəziyyəti gərginləşdirmək tapşırığı alıblar: “Mən bu regionların rəhbərlərinə və güc strukturlarına müraciət edirəm ki, işi gücləndirsinlər. Kəşfiyyatın məlumatlarına görə, müxtəlif təxribatlar baş verə bilər. Lakin panikaya düşmək lazım deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR