İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb - FOTO

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb  - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 16:49 (UTC +04:00)

APA-nın “Öyrənci səsi”nə istinadən verdiyi məlumata görə, Hamid Məlikabadi sentyabrın 26-da həbs cəzasının yarısını çəkdikdən sonra Sərab (Sarab) şəhərinin həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal 2012-ci il iyulun 29-da Sarab şəhərində öz ata evində həbs edilib. Bir neçə gün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Sarab şöbəsində saxlanıldıqdan sonra 40 min dollarlıq mülk girovu qarşılığında məhkəməyədək müvəqqəti azadlığa buraxılıb. Daha sonra Sarab İnqilab Məhkəməsində H. Məlikabadinin işinə baxılıb. Azərbaycanlı fəal hakimiyyət əleyhinə təbliğat aparmaqda təqsirləndirilərək 6 ay azadlıqdan məhrum edilib və qərar apellyasiya məhkəməsi tərəfindən də təsdiqlənib.

O, 2013-cü il iyulun 2-də 6 aylıq həbs cəzasını çəkmək üçün Sərab (Sarab) şəhərinin həbsxanasına salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR