Böyük Britaniya terror təhlükəsi səbəbindən Yəməndəki səfirliyini bağlayır

Böyük Britaniya terror təhlükəsi səbəbindən Yəməndəki səfirliyini bağlayır
# 03 avqust 2013 02:32 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın Yəməndəki səfirliyi zorakılığın artması və terror təhlükəsi səbəbindən ehtiyat tədbiri kimi olaraq avqustun 5-i və 6-ı fəaliyyət göstərməyəcək. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın XİN bəyanatında deyilir. Bəyanatda Britaniya vətəndaşlarına təcili bu ölkəni tərk etməyə tövsiyə olunur. Diplomatik nümayəndəliyin əksər əməkdaşı artıq geri çağırılıb.

Qeyd edək ki, bu addımın konkret səbəbləri hələ də məlum deyil.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Yaxın Şərq və Şimali Afrika ölkələrinə səfər edən amerikalılara terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR