«Bank of Baku» bütün «Bolkart» sahiblərinin kartlarını «MasterCard»a dəyişir

«Bank of Baku» bütün «Bolkart» sahiblərinin kartlarını «MasterCard»a dəyişir
# 21 oktyabr 2013 10:26 (UTC +04:00)

Bakı - APA-Economics. Bütün «Bolkart» sahiblərini «MasterCard» loqolu kartla təmin etmək məqsədi ilə «Bank of Baku» ASC müştərilərin cari kart borcunu saxlamaqla əvəzlənməsi prosesinə start verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, artıq hər bir «Bolkart» sahibi kartdakı mövcud borcunu tam ödəmədən belə «Bolkart MasterCard» ala bilər.

Kartın dəyişdirilməsi üçün yeganə şərt müştərinin mənfi kredit tarixçəsinə malik olmamasıdır. Əvəzlənmə üçün müştəri standart «Bolkart»ı «Bank of Baku»ya təhvil verməlidir.

«Bolkart MasterCard» ilə yalnız Azərbaycanda deyil, həmçinin xarici ölkələrdəki ticarət mərkəzlərində və internetdə alış-veriş etmək olar. Standart «Bolkart»ın «MasterCard Bolkart»la əvəzlənməsi zamanı müvafiq «Bolkart»ın hesab nömrəsi və borcu dəyişməz qalır, kartın müddəti kimi isə yeni «Bolkart»ın müddəti qəbul edilir.

«Bolkart» müştərilərinin çoxsaylı arzularını nəzərə alaraq «Bank of Baku» əvəzlənmə zamanı kartın balansının dəyişdirilməsi (artırılması və ya azaldılması) xahişlərini də nəzərdən keçirəcək.

Xatırladaq ki, bu ilin iyun ayında «Bank of Baku» müştərilərə «MasterCard» loqolu «Bolkart»ın verilməsinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR