Ukrayna prezidenti Donbasda atəşkəs rejiminin tətbiqini dayandırıb - VİDEO

Ukrayna prezidenti Donbasda atəşkəs rejiminin tətbiqini dayandırıb - <span style="color: red;">VİDEO
# 01 iyul 2014 01:17 (UTC +04:00)

APA TV xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidentinin saytında yerləşdirilib.

Prezident Pyotr Poroşenko yeni hərbi əməliyyatların anonsunu da verib: "Biz hücuma keçəcəyik və torpaqlarımızı azad edəcəyik. Atəşkəs rejiminin uzadılmaması bizim terrorçulara, silahlılara cavabımızdır".

Ukrayna prezidentinin sözlərinə görə, Ukrayna silahlı qüvvələri, milli qvardiya, sərhəd xidməti və təhlükəsizlik xidməti müvafiq əmrlər alıblar.



Ukraynanın Prezident Administrasiyası bəyan edib ki, Kiyev yalnız bütün münaqişə tərəfləri sülh planına sadiqlik nümayiş etdirəcəyi halda atəşkəs məsələsinə yenidən qayıda bilər. Rəsmi Kiyev bəyan edib ki, hökumətin sülh planı qüvvədədir və ondan imtina etməyib.

Pyotr Poroşenko silahı könüllü şəkildə yerə qoyan separatçılara amnistiya vədi verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR