Gürcüstan prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

Gürcüstan prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib
# 29 may 2014 16:30 (UTC +04:00)

Bakı – APA. Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Dövlət başçısını və Azərbaycan xalqını əlamətdar bayram - Respublika Günü münasibətilə təbrik edən G. Marqvelaşvili Gürcüstanın ölkələr arasında ənənəvi dostluğa, ortaq məqsədlərə və maraqlara söykənən ikitərəfli və çoxtərəfli əməkdaşlığı yüksək dəyərləndirdiyini vurğulayıb.

“Mən qəti əminəm ki, Gürcüstanla Azərbaycan arasında əlaqələr dövlətlərimizin qarşılıqlı mənafeyi naminə daha da möhkəmlənəcək, regionda sülhün, sabitliyin və rifahın güclənməsinə xidmət edəcək”, - deyə gürcü prezident qeyd edib.

Dağıstan Respublikası Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanov da bayram münasibətilə Azərbaycan prezidentinə təbrik məktubu göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR