İranda 7 azərbaycanlı fəala 91 gün həbs və 50 zərbə şallaq cəzası kəsilib

İranda 7 azərbaycanlı fəala 91 gün həbs və 50 zərbə şallaq cəzası kəsilib
# 10 mart 2014 12:23 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda azərbaycanlıların milli-mədəni hüquqları uğrunda mübarizə aparan 7 nəfər barəsində məhkəmənin hökmü açıqlanıb.

APA-nın «Oyannews»a istinadən verdiyi məlumata görə, Ərdəbil Şəhər Ümumi (Cəza) Məhkəməsinin 101-ci şöbəsi Mehdi Üsuli Ələddini, Xaliq Əkbərpur, Tağıpur İsgəndəri, Əli Babayi, Mürtəza Pərvin, Babək Cavanşir və Nəsrullah Vəlizadəyə 91 gün həbs və 50 zərbə şallaq cəzası kəsib. Azərbaycanlı fəallar ictimai asayişi pozmaqda günahlandırılıb.

Qərar qəti olduğundan apelyasiya şikayəti vermək mümkün deyil, ancaq hələlik həbs cəzası 5 il müddətinə təxirə salınıb. Azərbaycanlı fəallar 2011-ci ilin sentyabrında İran hökumətinin Urmiya gölünün qurumasına laqeyd münasibətinə etiraz olaraq Ərdəbil şəhərində keçirilmiş aksiyada iştirak etdiklərinə görə həbs olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR