Azərbaycan avtomobil idxalını 11% artırıb

Azərbaycan avtomobil idxalını 11% artırıb
# 21 oktyabr 2013 13:22 (UTC +04:00)

«APA-Economics»in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycana 75 502 avtomobil idxal olunub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 11,4% çoxdur.

Belə ki, idxal olunan avtomobillərin 665 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 68 487 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 5 661 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 689 ədədi xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR